...

"Azərişıq": Nizami və Xətai rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub, tezliklə digər rayonlarda da işıq olacaq (ÖZƏL)

Cəmiyyət Materials 20 İyul 2018 23:43 (UTC +04:00)
Nizami və Xətai rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub, tezliklə digər rayonlarda da işıq olacaq.
"Azərişıq": Nizami və Xətai rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub, tezliklə digər rayonlarda da işıq olacaq (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Bu gün axşam saatlarında Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bu barədə özəl olaraq Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, hadisə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib: "Nəticədə Bakının 5 rayonunun - Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Əməkdaşlarımız dərhal problemin aradan qaldırılmasına başlayıb".

T.Mustafayev qeyd edib ki, artıq Nizami və Xətai rayonları ərazisinə elektrik enerjisinin verilişi "Azərişığ"ın daxili şəbəkələri hesabına bərpa olunub: "Əməkdaşlarımız digər rayonlara da elektrik enerjisinin verilişini bərpa edir. Yaxın saatlarda həmin rayon ərazilərində də elektrik enerjisi bərpa olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti