Bakı. Samir Əli - Trend:
Bakıda hündürmərtəbəli binada baş verən tüstülənmə nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə gətirilən 3 nəfərin kimliyi məlum olub.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, hadisə nəticəsində tüstüdən zəhərlənmə ilə şöbəyə qəbul olunanlar - 1965-ci il təvəllüdlü Sultan Qənbərova, 1993-cü il təvəllüdlü Səidə Əliyeva və 3 aylıq oğlan uşağı olan Ata Nihad Atəş oğludur.
Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
X X X
Bakının Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş tüstülənmə nəticəsində 3 aylıq uşaq zəhərlənib.
Bu barədə Trend-ə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, azyaşlı mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: "Uşaq tüstüdən zəhərlənib".
Qeyd edək ki, tüstülənmə Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasının C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb. 60-dan çox sakin binadan təxliyə edilib. Tüstülənmənin qarşısı alınıb.