...

Yaxın illərdə Azərbaycanda suçiçəyinə qarşı peyvənd aparıla bilər

Cəmiyyət Materials 24 Aprel 2019 12:55 (UTC +04:00)
Yaxın illərdə Azərbaycanda suçiçəyinə qarşı peyvənd aparıla bilər.
Yaxın illərdə Azərbaycanda suçiçəyinə qarşı peyvənd aparıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın illərdə Azərbaycanda suçiçəyinə qarşı peyvənd aparıla bilər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda dünyada suçiçəyinə qarşı peyvənd tətbiq edilir. Lakin Azərbaycanda suçiçəyi peyvəndlə idarə olunan xəstəliklərin sırasına daxil deyil.

A.Əliyeva əlavə edib ki, 2018-ci ildə Azərbaycanda suçiçəyinə 15 870 nəfər yoluxub: "Ötən il hər 100 mon nəfərə düşən yoluxma sayı 158,44 olub. 2017-ci ildə isə ölkədə suçiçəyinə 15 781 nəfər yoluxub. Hər 100 min nəfərə düşən yoluxma halı 159,43 hal olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti