...

DİM yeni modelə uyğun sınaq imtahanı keçirəcək

Cəmiyyət Materials 5 Fevral 2020 11:02 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi fevralın 16-da yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
DİM yeni modelə uyğun sınaq imtahanı keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Qeyd edək ki, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti