...

Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib

Cəmiyyət Materials 28 Fevral 2020 15:15 (UTC +04:00)
2020-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz artaraq 1 milyard 697,8 milyon manat olub.
Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4 faiz artaraq 1 milyard 697,8 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7 faiz artaraq 885,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 29,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti