...

"Azərbaycan Sənaye Korporasiyası"nın baş direktoru "ASK Ayaqqabı Fabriki"ndə olub (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2020 12:51 (UTC +04:00)
"Azərbaycan Sənaye Korporasiyası"nın baş direktoru "ASK Ayaqqabı Fabriki"ndə olub (FOTO)

Bakı. Trend:

Aprelin 21-də "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "ASK Ayaqqabı Fabriki" MMC-dəki mövcud vəziyyətlə tanış olmaq üçün müəssisədə olub.

ASC-dən Trend-ə verilən məlumata görə, Baş direktor ölkəmizdə COVİD-19 pandemiyası ilə aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq olunan karantin rejiminin tələb və qaydalarına uyğun olaraq fəaliyyət göstərən fabrikdəki istehsal prosesi və əməkdaşların iş şəraiti ilə tanış olub. Müəssisəyə ümumi baxış keçirən Kamran Nəbizadə bu çətin günlərdə göstərdikləri fədəkarlığa görə fabrikin işçi heyətinə təşəkkürünü bildirib. Qeyd olunmalıdlr ki, "ASK Ayaqqabı Fabriki” MMC AR Müdafiə Nazirliyi və AR DİN-nin Daxili Qoşunları üçün hərbi təyinatlı ayaqqabıların istehsalı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti