...

Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır

Cəmiyyət Materials 14 May 2020 12:05 (UTC +04:00)
Regionlarda da ictimai nəqliyyat vasitələrində şəffaf arakəsmələr quraşdırılır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gəncə, Lənkəran, Yevlax, Tovuzda, eləcə də Bakı-Sumqayıt istiqamətlərində hərəkətdə olan avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına artıq başlanılıb.

Bunu Trend-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bununla bağlı daşıyıcılara rəsmi yazılı müraciətlər olunub:

“İlkin tapşırıq narıncı zonaya düşən regionlarda fəaliyyət göstərən nəqliyyat vasitələrinə edilib. Bunlar Gəncə, Lənkəran və Bakı-Sumqayıt arasında hərəkət edən avtobuslardır. Lakin digər zona olaraq Tovuzda da bu proses artıq başlayıb. Daşıyıcılara rəsmi şəkildə yazılı müraciətlər olunub, taksi fəaliyyəti göstərən şəxslərə isə şifahi göstərişlər verilib”.

N.Allahyarova qeyd edib ki, arakəsmələrin quraşdırılmasına görə hər hansısa limit və vaxt qoyulmayıb:

“Çünki bilirik ki, sahibkarlar da təhlükənin nə qədər ciddi olduğunu anlayıb bu qaydaları yerinə yetirməyə çalışırlar. Taksi sürücülərinə isə şifahi tapşırıqdan əlavə DANX-ın regional şöbəsinin əməkdaşları da nəzarət edirlər ki, ən yaxın zamanda avtomobillərdə arakəsmələr quraşdırılsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti