...

Baş Prokurorluğun kollektivi səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 17 İyun 2020 13:58 (UTC +04:00)
Baş Prokurorluğun kollektivi səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.
Baş Prokurorluğun kollektivi səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluğun kollektivi səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun “Facebook”, “Instagram” və “Twitter” səhifələrində paylaşım edilib.

Paylaşımda Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından səhiyyə işçilərinin peşə bayramı günü münasibəti bütün tibb işçilərinin ünvanına təbrik ünvanlanıb:

“İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq kimi müqəddəs və şərəfli vəzifələri həyata keçirən bu peşə sahiblərinə xoşbəxtlik və möhkəm can sağlığı arzu edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün apardıqları fədakar mübarizədə səhiyyə işçilərinə uğurlar diləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti