...

Rəşad Mahmudov: Xəstələrin 50 faizini itirmək təhlükəsi ilə üzləşə bilərik

Cəmiyyət Materials 18 İyun 2020 19:29 (UTC +04:00)
Rəşad Mahmudov: Xəstələrin 50 faizini itirmək təhlükəsi ilə üzləşə bilərik

Bakı. Samir Əli - Trend:

Azərbaycan əhalisinin bir hissəsinin koronavirusa inanmadığı halda, biz daha ciddi problemlərlə üz-üzə qala bilərik.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları hamılıqla bunu dərk etməli və mübarizə aparmalıdır: "Səhiyyə ləvazimatlarını nə qədər artırsaq da bu, effektli deyil. 50 faiz xəstələri itirmək təhlükəsi ilə üzləşə bilərik. Bu qədər məlumat əlimizdə varkən bu məsələdə həssas olmalıyıq. Bu xəstəliklə birlikdə mübarizə aparmalıyıq. Həkimlərimiz aylardır dayanmadan xəstəliklə mübarizə aparır. Bu reallığa görə biz özümüz-özümüzü qorumalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti