“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)

“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)

Bakı. Trend:

(Əvvəli qəzetin 08.01.2021-ci il tarixli sayında https://muallim.edu.az)

Azərbaycan müəllimi, 22 yanvar 2021-ci il

Qəzetin PDF versiyası

Qabaqcıl universitetlərlə faydalı əməkdaşlıq modeli

AzTU ilə MDU arasında 2019-cu ildə imzalanmış Anlaşma Me­morandumu çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişa­fı cari tədris ilinin payız semestri ərzində uğurla davam etdiril­miş və bu istiqamətdə əhəmiyyətli addımlar atılmışdır. Ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan AzTU-nun zəngin tədris, metodiki və elmi bazasından faydalanmağa geniş imkan yaradan bu əməkdaşlıq MDU- nun Mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə və kadr ha­zırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə vermişdir. Hesabat dövründə AzTU ilə birlikdə keçirilmiş “Azərbaycanda rəqəmsal ödənişlə­rin tətbiqi: reallıqlar və perspektivlər”, AzTU-nun 70 illik yubileyinə həsr olunan “Cəmiyyətin innovativ infrastrukturunun formalaşmasında informa­siya texnologiyaları sənayesinin artan rolu” mövzularında nəzəri-praktiki seminarlar uğurlu və məhsuldar olmuşdur. Cari tədris ilindən etibarən Az­TU-nun bir professoru və bir dosenti davamlı əsaslarla (0.5 ştat) MDU-nun Mühəndislik fakültəsində tədris prosesinə cəlb olunmuşdur.

MDU Azərbaycanın qabaqcıl və qoca­man ali təhsil müəssisələrindən biri olan ADNSU ilə əməkdaşlığın inkişaf etdirilmə­sinə xüsusi önəm verir. Bu çərçivədə 2020- ci ilin 25 dekabr tarixində MDU-nun təşəb­büsü ilə ADNSU-nun 100 illik yubileyinə həsr olunan birgə onlayn tədbir keçirilmiş­dir. iki universitet arasında tələbə və müəl­lim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin ic­ra edilməsi, MDU tələbələri və müəllimlə­rinə ADNSU-nun zəngin kitabxanasına çı­xış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqa­mətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunmuşdur.

Dünya səviyyəli universitet olmaq yo­lunda sürətlə irəliləyən UNEC ilə uğurla da­vam etdirilən qarşılıqlı faydalı əməkdaşlıq daha çox MDU-nun iqtisadiyyat və idarəet­mə fakültəsinin modemləşdirilməsini hə- dəfləmişdir. UNEC ilə 2019-cu ildə imza­lanmış əməkdaşlıq müqaviləsi çərçivəsində MDU tələbələri, magistrantları və əmək­daşları UNEC-də təşkil olunan əksər konfranslarda və təlimlərdə fəal iştirak et­mişdir. 2020-ci ilin 31 avqust - 4 sentyabr tarixlərində MDU-nun 100-ə yaxın profes­sor-müəllim və inzibati-texniki heyət üzvü UNEC tərəfindən təşkil olunan “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusunda onlayn təlimlərdə iştirak et­mişdir.

Beynəlxalq əməkdaşlıqda yeni uğurlar

Erasmus+ proqramı

MDU Avropa ittifaqının Erasmus+ proq­ramı çərçivəsində həm potensialın güclən­dirilməsi, həm də tələbə və müəllim müba­diləsi layihələrində fəal iştiraka xüsusi diq­qət yetirir. Payız semestri ərəfəsində MDU “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (“New Courses in Geospatial Engineering for Cli­mate Change Adaptation of Coastal Ecosystems” - GEOCLIC) layihəsinin tə­rəfdaşlarından biridir. Ali təhsildə potensia­lın gücləndirilməsinə xidmət edən yeni layi­hənin 2021-2023-cü illərdə icra edilməsi nəzərdə tutulur. Layihənin icrası çərçivəsin­də Almaniya, Niderland, Litva və Rumıniya universitetlərinin müsbət təcrübəsi öyrəni­ləcəkdir. Layihə çərçivəsində tərəfdaş uni­versitetlərdə müvafiq ixtisaslar üzrə kuriku­lumların təkmilləşdirilməsi, laboratoriyala­rın və virtual otaqların yaradılması nəzərdə tutulmuşdur.

Siegen Universiteti (University of Siegen)

Cari tədris ilinin əvvəlində MDU ilə Al­maniyanın Siegen Universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur. 2020-ci ilin noyabr-dekabr aylarında iki universitet arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə real­laşdırılmışdır. Layihə çərçivəsində online formatda təşkil edilmiş təlimlərdə MDU- nun inzibati və akademik heyət üzvləri, tə­ləbə, magistrant və doktorantları fəal iştirak etmişdir. Almaniyanın Siegen Universiteti­nin professor-müəllim heyəti, Prime Aca­demy komandasının üzvləri və uğurlu sahib­karlıq təcrübəsi olan iş adamları tərəfindən keçirilmiş təlimlər biznes-planların hazır­lanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzula­rı əhatə etmişdir.

Təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri 2020-ci ilin 11-12 dekabr tarixlərində Prime Academy (Almaniya) tərəfindən təşkil edi­lən beynəlxalq müsabiqədə iştirak imkanı qazanmışdır. Onlayn formatda keçirilmiş beynəlxalq müsabiqədə Azərbaycanı MDU- nun 3 komandası təmsil etmişdir. Ümumi­likdə 13 komandanın iştirak etdiyi beynəl­ xalq müsabiqənin nəticələrinə əsasən, MDU-1 komandası fəxri 5-ci yerə layiq gö­rülmüşdür.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)

2020-ci ilin dekabrında MDU ilə Alma­niya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı nümayəndəliyi arasında əmək­daşlıq çərçivəsində “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihə­sinin icrasına start verilmişdir. Layihə çərçi­vəsində MDU-da yaradılacaq Karyera Mər­kəzinin bütün zəruri ofis avadanlıqları ilə təchiz olunması və yeni struktur bölmənin fəaliyyətinin təşkilinə texniki yardım göstə­rilməsi nəzərdə tutulmuşdur. Karyera Mər­kəzinin əsas məqsədi əmək bazarında rəqa­bət qabiliyyətliliyinin yüksəldilməsi, karye­ra seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində təhsilin da­vam etdirilməsi və karyera inkişafı kimi va­cib məsələlərdə təhsilalanlara və məzunlara köməklik göstərilməsindən ibarət olacaqdır.

Layihə çərçivəsində “Karyera məsləhət­çiləri” təlimlərinin keçirilməsinə başlanıl­mışdır. iki ay müddətində davam edəcək tə­limlər karyera məsləhətçisinin bacarıqları və məsuliyyəti, insan inkişafı nəzəriyyələri, karyera planlaşdırılması, əmək bazarı və gə­ləcək bacarıqlar, iş axtarışı alətləri, iş müsa­hibələrinə hazırlıq, tənqidi düşünmə, kom­munikasiya, natiqlik, təqdimat bacarıqları, karyera mərkəzinin effektiv idarə edilməsi və digər mövzuları əhatə edəcəkdir.

Avropa Ali Təhsil Məkanı (EHEA) ölkələrin Nazirlər Konfransı

2020-ci ilin 19 noyabr tarixində EHEA üzv-ölkələrinin onlayn formatda keçirilmiş növbəti Nazirlər Konfransında MDU da təmsil olunmuşdur. Tədbirdə EHEA üzvü olan 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev iştirak və çıxış etmişdir. Nazir çıxışında ölkəmizdə ali təhsil sahəsin­də həyata keçirilən islahatlar və son dövr ər­zində bu sahədə əldə olunan uğurlardan bəhs etmişdir. italiyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilmiş, inklüzivlik (sosial inklüzivlik), innovativlik, əməkdaşlıq və mobillik növbəti onillikdə ali təhsilin əsas dəyərləri və inkişaf hədəfləri kimi qeyd edilmişdir.

Kəmər və Yol Universitetləri Alyansı (UAB&R)

2020-ci ilin 27 noyabr tarixində MDU- nun rektoru UAB&R-ın “Post-pandemiya dövründə beynəlxalq əməkdaşlıq və müba­diləyə yeni yanaşma” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak etmişdir. Çin Xalq Respublikasının Lanzhou Universiteti (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan tədbirə 17 ölkədən 60-ya yaxın uni­versitetin rektorları qatılmışdır.

MDU-nun rektoru konfransda “Post- pandemiya dövründə Bir Kəmər və Bir Yol təşəbbüsü regionu universitetləri arasında əməkdaşlıq: yeni çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış etmişdir. Mə­ruzədə ali təhsilin COVID-19 infeksiyasınm ən çox təsir etdiyi sahələrdən biri olması, universitetlərin təhsil və elmi fəaliyyətində tamamilə yeni alətlərdən istifadənin zəruri­liyi, məzunlarda fərqli mədəniyyətlərə sahib cəmiyyətlərdə çalışmaq imkanı verən baca­rıqların yaradılmasının vacibliyi, məsafədən təhsil sahəsində Azərbaycan təcrübəsinin xüsusiyyətləri, MDU-nun UAB&R-a üzv olmaq niyyəti və digər məsələlər qeyd edil­mişdir.

Bacarıqların inkişaf etdirilməsi

Turizm sahəsi üzrə birgə layihə

Turizm sənayesi üçün ali təhsilli mütə­xəssis hazırlığı həyata keçirilən MDU-da bu istiqamət üzrə tədrisin məzmununun tək- milləşdirilməsinə, eləcə də professor-müəl­lim və tələbə heyətinin praktiki bilik və ba­carıqlarının inkişaf etdirilməsinə xüsusi diq­qət yetirilir. 2020-ci ilin noyabr-dekabr ay­larında MDU-nun təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Mingəçevir Tu­rizm Kollecinin tərəfdaşlığı ilə “Turizm sa­həsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihə reallaşdırılmışdır. MDU-da “Turizm və otelçilik” ixtisası üzrə kadr ha­zırlığı prosesinə töhfə məqsədilə sözügedən layihə çərçivəsində “Azərbaycanda Desti- nasiya Menecmenti Təşkilatları (DMT) və Şəki Regional DMT-nin iş prinsipləri”, “Sosial davranışların xidmət sahəsində rolu və karyera”, “Turizm üzrə təhsilin karyera­da rolu: ATMU təcrübəsində”, “Turizm və mehmanxana işinin təşkilində kadrların ye­tişdirilməsi və komanda işi” mövzularında 4 modullu onlayn təlimlər təşkil edilmişdir. Təlimlər respublikamızın turizm sənayesi sahəsində fəaliyyət göstərən təcrübəli mü­təxəssisləri tərəfindən keçirilmişdir.

Məsafədən təhsil üzrə təlimlər

Cari tədris ilinin payız semestrində MDU-nun administrativ heyəti, müəllim və texniki işçiləri üçün “Microsoft Teams Proq­ramı və onun imkanları” mövzusunda mütə madi təlimlər keçirilmişdir. Təlimlərin keçi­rilməsində məqsəd pandemiya dövründə məsafədən təhsil zamanı MDU əməkdaşla­rının “Microsoft Teams” proqramında qa­zandıqları təcrübələrini daha da genişləndir­mək, bununla da universitetdə məsafədən tədrisin keyfiyyətini yüksəltmək olmuşdur.

Amerikalı professor MDU-nun müəllimi statusunda

ABŞ Dövlət Departamentinin maliyyə­ləşdirdiyi “English Language Fellow” tə­qaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight cari tədris ilinin payız semestrində MDU-da tədris prosesində fəal iştirak etmiş, bakalavriat səviyyəsində “Xarici dil müəl­limliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinə “Xarici dil­də oxu və nitq” fənnini tədris etmişdir. On­line formatda keçirilən dərslər tələbələrin xarici dildə oxu və nitq bacarıqlarının inki­şafına mühüm töhfə vermişdir.

44 günlük Vətən müharibəsi və Böyük Zəfər

2020-ci il Müzəffər Ali Baş Komandanı­mızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində tarixi Zəfər ili kimi xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olun­muşdur.

30 illik həsrətə son qoyan 44 günlük Zə­fər yürüşündə MDU-nun tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə, həm də ar­xa cəbhədə fəal iştirak etmiş, yüksək həm­rəylik nümayiş etdirmişlər.

Torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak et­mişdir. Universitetinin 5 məzunu şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və mə­zunlarımız ölkə başçısı tərəfindən medallar­la təltif edilmişdir.

MDU-nun gənc əməkdaş və tələbələri düşmən tərəfindən yayılan saxta və təxri­batçı məlumatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq icti­maiyyətə çatdırılması işinə töhfə vermək məqsədilə Vətən müharibəsi zamanı infor­masiya mübarizəsində fəallıq göstərmiş, so­sial şəbəkələrdə müxtəlif dillərdə işğalçı öl­ kənin insanlığa qarşı yönələn müharibə ci­nayətləri barədə geniş məlumatlar paylaş­mışlar.

Vətən müharibəsi dövründə MDU kol­lektivi “Asan Könüllüləri” təşkilatının təşki­latçılığı ilə keçirilən “Əsgərə Məktub” layi­həsində fəal iştirak edərək Azərbaycan əs­gərinə mənəvi dəstək göstərmişdir.

Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan iş­lərə töhfə vermək məqsədilə, Elmi Şuranın müvafiq qərarı ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvə­lərinə Yardım Fonduna 15 min manat vəsait köçürülmüşdür.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi­nin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdiklə­ri şücaət və vətənpərvərlik nümunələri ba­rədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi MDU-nun əsas fəaliyyət is­tiqamətlərindən olmuşdur.

2020-ci ilin 24 dekabr tarixində MDU- nun “Peşəkarla görüş” layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı, mayor Elnur Şirinovun universitetin professor-müəllim və tələbə heyəti üzvləri ilə onlayn görüşü təşkil edilmişdir. Görüşdə Azərbaycan əs­gərinin keçdiyi şərəfli döyüş yolundan, qəh­rəmanlığından, qələbə əzmkarlığından, bu- günün tələbəsi və sabahın əsgərləri olacaq gənclərimizə peşəkar hərbçi olmağın başlıca şərtlərindən geniş bəhs edilmişdir.

Vətən müharibəsi zamanı ölkəmizin əra­zi bütövlüyü uğrunda gedən döyüşlərdə işti­rak etmiş universitet əməkdaşlarının və şə­hid məzunlarının ailələri ziyarət edilmişdir.

Azərbaycan Respublikası Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyinin Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müha­ribə iştirakçıları, onların yaxınları, mühari­bədən zərər çəkənlərlə bağlı həyata keçirdi­yi sosial dəstək tədbirlərində MDU da fəal təmsil olunmuşdur. Belə ki, universitetin “Pedaqogika və psixologia” kafedrasının əməkdaşı 25-dən artıq şəhid ailəsi üzvlərinə sosial-psixoloji xidmət göstərmişdir.

COVID-19 infeksiyasına qarşı mübarizə

Cari tədris ilinin payız semestri ərzində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kollektiv və tələbə heyəti arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Eyni zaman­da, MDU əməkdaşları Mingəçevir şəhər ic­ra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası­nın Mingəçevir şəhər təşkilatı və Mingəçe­vir şəhər Polis Şöbəsi tərəfindən birgə apa­rılan kütləvi maarifləndirmə işində də fəal iştirak etmişlər.

Hesabat dövründə MDU-da dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri apa­rılmışdır. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri bütün tədris bi­nalarını, dəhlizləri, auditoriyaları, laborato­riyaları, idman zalını, kitabxanaları, inzibati otaqları, həyətyanı əraziləri və digər kö­məkçi tikililəri əhatə etmişdir.

Modernləşməni dəstəkləyən strateji tərəfdaşlıqların önəmi

Fikrimizcə, mövcud reallıqların doğur­duğu çətinliklərə və məhdudiyyətlərə bax­mayaraq, MDU-da müvafiq istiqamətlər üz­rə fəaliyyətin davamlılığının təmin edilmə­sində Təhsil Nazirliyi, Mingəçevir şəhər ic­ra Hakimiyyəti və digər qurumlarla tərəf- daşlığm mühüm töhfəsi olmuşdur. Modern­ləşmə yolunda inamla addımlayan MDU- nun qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi ya­xın gələcəkdə universitetin milli ali təhsil xəritəsində mövqeyinin güclənməsinə bö­yük zəmin yaradır.

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
“Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
“Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
Ölkənin ikinci böyük su elektrik stansiyasında təmir aparılır (FOTO/VİDEO)
Ölkənin ikinci böyük su elektrik stansiyasında təmir aparılır (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı ilə bağlı xəbərlərə açıqlama
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
Sabah milli parklara giriş pulsuz olacaq (FOTO)
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Binəqədidə velosiped oğruları saxlanılıb (FOTO/VİDEO)
Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb (ƏLAVƏ OLUNUB)
Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İndi güc xanımlarda! - Rabitəbankdan xanım sahibkarlar üçün sürpriz (VİDEO)
Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu
Ötən il prokurorluqda 795 cinayət işinin istintaqı yekunlaşdırılıb
Visa kartları ilə xəyal etdiyiniz alış-veriş Umico Market-də! Bu şərtlərlə hər şeyi əldə etmək istəyəcəksiniz!
Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev mahir diplomat olduğunu bir daha təsdiq etdi - Deputat
Bir gündə iki marketdən oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Ötən gün borca görə axtarışda olan 11 nəfər saxlanılıb
Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi
“Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
Tikintidə can qoyan insanların mükafatlandırılmasını istəyirəm – usta ilə söhbət (FOTO)
Xocavənd rayonunun Düdükçü kəndi (FOTO/VİDEO)
Gədəbəydə yağan qar yollarda çətinlik yaradıb (FOTO/VİDEO)
Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur
Qarabağda mədəni irslə bağlı mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi zəruridir – Fransalı deputatın Parisin "lagazetteaz.fr" qəzetinə müsahibəsi
Ölkənin ikinci böyük su elektrik stansiyasında təmir aparılır (FOTO/VİDEO)
Samuxda 30 yaşlı kişi küçədə qətlə yetirildi
Kiyevdə Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Azərbaycanda pul bazası il ərzində artıb
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
53 yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən ölümcül bıçaqlandı
Sulutəpə dairəsində inşa olunan körpüdə son tamamlama işləri gedir
Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Seçicilərin 15 il əvvəlki tələbləri ilə indiki tələbləri tamamilə fərqlidir - Cavanşir Paşazadə (MÜSAHİBƏ)
Ağstafada 4 otaqlı ev yanıb
Ermənistandakı qədim Azərbaycan abidəsinin görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir (FOTO)
Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq
İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - Səfir (MÜSAHİBƏ) (FOTO)
Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
Yaponiyanın qərbində koronavirusun "Britaniya" ştammı yayılıb
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
"Brent" markalı neftin qiyməti fevralın 22-dən ilk dəfə 63 dollardan aşağı düşüb
Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub
"Bitcoin"in qiyməti 10 faiz bahalaşıb
Ağdaşda ev yanıb
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
Bütün xəbərlər