...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 7 İyun 2021 17:30 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 271 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti