...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 7 İyul 2021 19:41 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 169 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 958 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 910 624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 396 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 514 617 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti