...

Badamdardakı yanğında üç hektar sahədə quru ot, kol-kos yanıb (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2021 15:19 (UTC +04:00)
Badamdardakı yanğında üç hektar sahədə quru ot, kol-kos yanıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 4-də günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində dağlıq ərazidəki ağaclıqda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğınsöndürmə işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

İlkin hesablamaya əsasən, təqribən, üç hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb. Ağaclığın böyük hissəsi, yaxınlıqdakı evlər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti