...

Şəki və Zaqatalada fitosanitar monitorinqlər keçirilib

Cəmiyyət Materials 2 Noyabr 2021 15:43 (UTC +04:00)
Şəki və Zaqatalada fitosanitar monitorinqlər keçirilib

Bakı. Çingiz Səfərli - Trend:

Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Şəki və Zaqatala rayonlarında yerləşən xurma bağlarında və parklarda monitorinqlər keçirilib.

Bu barədə Trend-ə AQTA-dan bildirilib.

Məlumata görə, monitorinqlər zamanı qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən keçməsinin vacibliyi barədə bağ sahiblərinə maarifləndirici məlumatlar verilib, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti