...

Türkiyənin daha dörd telekanalı “Azerspace-1” üzərindən yayıma başladı

Cəmiyyət Materials 17 Mart 2022 11:42 (UTC +04:00)
Türkiyənin daha dörd telekanalı “Azerspace-1” üzərindən yayıma başladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azerspace-1” peyki üzərindən Türkiyənin bir neçə televiziya kanalı yayıma başlayıb.

"Azərkosmos"dan Trend-ə verilən məlumata görə, bu ilin mart ayından etibarən Türkiyənin baxımlı televiziya kanallarından olan “TMB TV”, “Akıllı TV”, “Nurs TV” və “EuroTrio TV” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

“TMB TV” kanalında əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” televiziyalarında daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV” kanalının gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Kanalların yayım tezlikləri aşağıdakı kimidir:

“TMB TV”, “Akıllı TV” və “Nurs TV” kanallarının yayım tezliyi: 11024/H/16500

“EuroTrio TV” kanalının yayım tezliyi: 11095/H/30000

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti