...

Havada tozun miqdarı norma daxilindədir

Cəmiyyət Materials 5 Aprel 2022 14:09 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında havada tozun miqdarı 5.9, Nizami rayonunda 7.2, Səbail rayonunda 8.4, Gəncə şəhərində isə normadan 2.9 dəfə yüksək olub. Avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən aprelin 5-i səhər saatlarında havada qaz qarışıqlarının və dispers toz hissəciklərinin konsentrasiyaları norma daxilindədir”.

G.Abbasovanın sözlərinə görə, sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti