...

Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər ediblər (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2022 11:40 (UTC +04:00)
Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Aprelin 16-da Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti Şuşaya səfər edib.

Trend-in yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar ötən gün Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər.

Qonaqlar daha sonra Şuşa şəhərinə səfər ediblər. Şuşaya gələn səfər iştirakçılarından biri gürcüstanlı opera müğənnisi Jakeli Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti