...

ÜST koronavirusla birləşmiş üsulla mübarizə aparmağın tərəfdarıdır - Regional direktor

Cəmiyyət Materials 26 Aprel 2022 16:41 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla birləşmiş üsulla mübarizə aparmağın tərəfdarıdır.

Bunu Bakıda səfərdə olan ÜST-ün Avropa regional bürosunun direktoru Hans Henri Klüge Trend-in sualını cavablandırarkən deyib.

"Koronavirus əleyhinə vaksinlərin müalicəvi preparatlarla əvəz olunması barədə danışarkən, biz hesab edirik ki, pandmiya ilə mübarizənin ən yaxşı üsulu dərmanların vaksinlərlə birgə tətbiq oluna biləcəyi üsul yaratmaqdır", - H.Klüge deyib.

O əlavə edib ki, əvvəllər pandemiya bir neçə dəfə qayıtdığı üçün bu dəfə də diqqətli olmalıyıq və bununla bütün mümükün preventiv tədbirləri görməliyik.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti