...

AMEA-nın müxbir üzvü, professor Akif Musayev vəfat edib

Cəmiyyət Materials 11 İyul 2022 21:09 (UTC +04:00)
AMEA-nın müxbir üzvü, professor Akif Musayev vəfat edib

Bakı. Trend:

Görkəmli iqtisadçı alim, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayevin bu gün 75 yaşında vəfat edib.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Qeyd edək ki, Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Akif Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti