...

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək

Cəmiyyət Materials 16 Sentyabr 2022 15:58 (UTC +04:00)
Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. O qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

M.Quliyev bildirib ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım, mənzil problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Bununla yanaşı, komitənin sədri və üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti