...

Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq

Cəmiyyət Materials 3 Noyabr 2022 10:48 (UTC +04:00)
Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda İmarət Kompleksində də bərpa işlərinə başlanılacaq: “Azərbaycan bu gün regionun lider ölkələrindən biridir. Prezident İlham Əliyevin prinsipial mövqeyi tarixi qələbəmizi şərtləndirən başlıca amil olub", - E.Hüseynov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti