Bakı. Trend:
2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 478 min nəfər sosial müavinətlə, 368 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib.
Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 429 min, o cümlədən ötən il 208 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.