...

Mətbuat Şurasının üzvləri Özbəkistan səfirliyində olublar

Cəmiyyət Materials 22 Fevral 2023 19:41 (UTC +04:00)
Mətbuat Şurasının üzvləri Özbəkistan səfirliyində olublar

Bakı. Trend6

Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının üzvləri Özbəkistanın Azərbaycandakı səfirliyində səfirin müşaviri Bahram Qaipovla görüşüblər.

Şuradan Trend-ə verilən məlumata görə, komissiyanın sədri Müşfiq Ələsgərli MŞ-nin Beynəlxalq Əlaqələr Komissiyasının fəaliyyəti və qarşıdakı prioritetləri barədə məlumat verib. Komissiyanın üzvləri Yeganə Hacıyeva və Azər Həsrət iki ölkənin media platformaları arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər. Onlar Özbəkistan Səfirliyi ilə Şuranın əməkdaşlığının bu sahəyə verə biləcəyi töhfələr barədə danışıblar.

Ziyarət üçün təşəkkürünü bildirən B.Qaipov Özbəkistan Səfirliyi ilə Mətbuat Şurası, həmçinin, ölkənin media qurumları arasında əməkdaşlığın sağlam təməllər üzərində qurulduğunu, ümumi maraqlara uyğun olduğunu vurğulayıb.

O, əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər səsləndirib. Müşavir, eyni zamanda, təmsil olunduğu diplomatik missiyasının media ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti