Bakı. Trend:
7-9 İyul tarixində, Özbəkistanın paytaxt şəhərində Rəqəmsal Texnologiyaları nazirliyinin təşkilatçılığı ilə keçirilən Rəqəmsal Liderlik Forumu 300-dən çox nümayəndənin iştiraki ilə Özbəkistanın İT sektoruna və onun işçilərinə qoyduğu böyük investisiyaların müzakirəsinin keçirildiyi illik toplantıdır.
Forumun müxtəlif panellərində Mərkəzin üzvləri Serbiyanın sabiq
Prezidenti cənab Boris Tadiç, Gürcüstanın sabiq Prezidenti cənab
Qiorqi Marqvelaşvili, Moldova və Qırğızıstanın sabiq Baş nazirləri
cənab Kiril Qaburiçi və cənab Comart Otorbayev, Amerika Milli
Əlaqələr Komitəsinin prezidenti xanım Suzan Elliott iştirak
etmişdir.
Forumda aparıcı təşkilatlardan, o cümlədən dünyanın IT üzrə aparıcı
xidmət və məhsul şirkətlərindən müxtəlif məruzəçilər də yer
alıb.
Forum çərcivəsində Mərkəzin üzvləri Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri, cənab Şerzod Şermatov ilə toplantı keçirib. Toplantı zamanı Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Mərkəz tərəfindən xüsusi nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı təqdim edilib.