Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) idarə heyətinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin vəfatı ilə əlaqədar başsağlığı verib.
Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə müvafiq paylaşım təşkilatın tvitter səhifəsində yer alıb.
"Marianna Vardinoyannis ən xeyirxah insan idi, o həmişə ehtiyacı olanlara ümid bəxş edirdi. 11 il ərzində NGBM-ə daima güc və dəyər verdi. Marianna xanım daima qəlbizimdə və ağlımızda yaşayacaq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Marianna Vardinoyanis 24 iyul 2023-cü ildə Afinada 80 yaşında vəfat edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)