...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Çində səfərdədir (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2023 08:58 (UTC +04:00)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Çin Xalq Respublikasında səfərdədir.

Trend xəbər verir ki, Mərkəzin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya və Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev və mərkəzin baş katibi Pekin və Quançjou şəhərlərinə səfərdədir.

Səfər çərçivəsində heyətin Çin Hökumətinin Avropa Məsələləri üzrə Xüsusi Nümayəndəsi Vu Honqbo, Çin Xalq Xarici Əlaqələr İnstitutunun sədri, 14-cü ÜmumÇin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin üzvü, Çin Xalq Nümayəndələri Məclisinin Xarici Əlaqələr Komitəsinin sədr müavini və 2009-2019-cu illərdə Xarici İşlər Nazirinin sabiq müavini Vanq Çao, Çin Xalq Diplomatiyası Assosiasiyasının Prezidenti Vu Hailonq ilə görüşləri keciriləcəkdir.

Bu görüşlərin əsas məqsədi Mərkəz ilə Çin Xalq Respublikasınin düşüncə mərkəzləri arasındakı əlaqələrin gücləndirilməsi və reallaşacaq birgə layihələrin müzakirəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti