...

Bu gün özümü çox xoşbəxt, qürurlu hiss edirəm - Telman Mirzəyev

Cəmiyyət Materials 29 Avqust 2023 07:17 (UTC +04:00)
Bu gün özümü çox xoşbəxt, qürurlu hiss edirəm - Telman Mirzəyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün özümü çox xoşbəxt, qürurlu hiss edirəm. Əzəli torpağımıza geri qayıdırıq. Ali Baş Komandanımız Prezident İlham Əliyev başda olmaqla bütün əziyyəti keçənlərə təşəkkür edirəm.

Bunu Trend-ə bu gün Laçın şəhərinə geri qayıdan Telman Mirzəyev deyib.

O deyib: “Şükür olsun ki, böyüdüyümüz əzəli torpaqlarımıza geri qayıdırıq. Yaşasın Azərbaycan”.

Qeyd edək ki, bu gün 52 nəfərdən ibarət 13 ailə Laçın şəhərinə geri dönür. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti