...

Polis əməliyyat keçirdi - Bakıda qumarxana aşkarlandı (VİDEO)

Cəmiyyət Materials 31 Avqust 2023 17:27 (UTC +04:00)
Polis əməliyyat keçirdi - Bakıda qumarxana aşkarlandı (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qumarxana aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşər Nazirlii məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub.

Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin, iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti