...

Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı olub - FAKTİKİ HAVA

Cəmiyyət Materials 11 Sentyabr 2023 10:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.

Qurumdan Trend-ə bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb.

Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.

Qrız və Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti