...

Xırdalanda yeni açılan 11 nömrəli məktəbdən FOTOREPORTAJ

Cəmiyyət Materials 13 Sentyabr 2023 11:52 (UTC +04:00)
Xırdalanda yeni açılan 11 nömrəli məktəbdən FOTOREPORTAJ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışı olub. Məktəbin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb.

Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.

Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova Trend-ə açıqlamasında bildirib ki, ötən gün Xırdalanda açılışı baş tutan 11 nömrəli məktəb bu ərazidə olan şagird sıxlığının aradan qaldırılması üçün böyük töhfədir.

"Ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan müəssisələrdə də son hazırlıq işləri görülür. Son bir ildə 9 məktəb yeni tikilib, 4-ü isə yenidən qurulub. Məktəb iki min şagird yerlikdir. Artıq iki gündən sonra şagirdlərimiz yeni tədris ilinə bu cür yüksək təchizatlı məktəbdə başlayacaq", - deyə o əlavə edib.

Trend-in fotoqrafı Zaur Mustafayevin Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdən hazırladığı fotoreportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti