...

30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2023 15:08 (UTC +04:00)
30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Otuz​ il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid​ Şəmsəddin Əvəz Oğlu Allahverdiyev Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları​ Füzuli rayonu Mahmudlu kəndində torpağa tapşırılıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Şəhid Şəmsəddin Allahverdiyev Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında atasının məzarının yanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Allahverdiyev Şəmsəddin 1971-ci ilin iyunun 9-da Füzuli rayonu İşıqlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-ci ilin​ iyul ayında Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən bu illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib.

Allahverdiyev Şəmsəddin Əvəz oğlunun nəşinin qalıqları ötən il Xocavənd rayonu Edilli kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti