...

Xaçmazda 27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2023 20:03 (UTC +04:00)
Xaçmazda 27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

27 Sentyabr - Anım Günü ərəfəsində Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin ailələrini ziyarət edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb.

Həmçinin, şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.

Görüşlər zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti