Bakı. Trend:
5-6-cı siniflər üçün təbiət dərsliyi 2 hissəli hazırlanır. Bu, kitabın fiziki çəkisinin azaldılması üçün nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, yeni dərslik gələn ildən etibarən istifadəyə veriləcək:
"Şagirdlər yarım il üzrə dərslikdən istifadə edəcəklər".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.