Bakı. Trend:
Küçədə gedən avtobuslarımızın hələ də qara tüstü ilə yolun kənarında dayanan insanları, atmosferi zəhərləməsi məsələsi var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında komitə sədri Sadiq Qurbanov deyib.
O qeyd edib ki, ölkəmizdə hamımızın narahat olduğu səs-küy, çirkləndirilməsi var.
“Şadlıq evlərində, konsert salonlarında, maşınların hərəkətində və s.", - deyə komitə sədri bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə isə bildirib ki, Azərbaycanın avtomobil parkında digər ölkələrlə müqayisədə daha yaxşı, qabaqcıl ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri var.