Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və üzvü- Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, sabiq prezident olan George İvanov adına Gənc Liderlər Məktəbinin 2023-cü il buraxılışına, eləcə də Podqoritsa Klubunun toplantısına qatılıblar.
Trend xəbər verir ki, Podqoritsa Klubunun toplantısında o cümlədən mərkəzin üzvləri Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, Albaniyanın sabiq prezidenti Reksep Meydani, Serbiyanın sabiq Baş naziri Mirko Çvetkoviç də iştirak edib.
Səfər çərçivəsində Mərkəzin həmsədri İsmayıl Seragəldin Şimali Makedoniyanın Prezidenti Stevo Pendorovski tərəfindən qəbul edilib. Prezidentə XI Qlobal Bakı Forumuna dəvət təqdim olunub və o, Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumatlandırılıb.