...

Bakıda şirkətin 20 min manatlıq əmlakı oğurlandı

Cəmiyyət Materials 2 Noyabr 2023 14:49 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 20 min manatlıq armatur oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20.000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti