Bakı. Trend:
Zəfər bayramı bizim 30 ildir gözlədiyimiz gün idi.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Komitənin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib
O bildirib ki, Ali Baş Komandan Cənab prezident İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin canı ilə qələbəni əldə etdik.
Qələbə əldə etməyimizdə bir çox amillər var idi. Amma din və dilindən asılı olmayaraq hər kəsin bir yumruq ətrafında birləşməsi idi. Bu isə tolerantlığın ən böyük göstəricisi idi.
Hazırda konfranda 100-ə yaxın şəxs var və bir çox dinlərin nümayəndələri iştirak edir. Başqa heç bir ölkədə bu qədər fərqli din nümayəndələrini bir arada görmək mümkün olmaz. Bu məhz Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində mümkün olur.
Ölkəmizdə bütün dinlərə və onların nümayəndələrinə eyni haqq, hüquqlar verilib. Hər kəs istidəyi dinə etiqad etməkdə tam sərbəstdir.
Tolerantlıq bizim dildə dözümlülük kimi də adlandırıla bilər. Hansı ki, Azərbaycan dövlət və xalq olaraq olduqca dözümlüdür”.