...

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Cəmiyyət Materials 29 Mart 2024 09:48 (UTC +04:00)
10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Gülnarə Talıbova deyib.

"Prezident İlham Əliyevə bizə bu sevinci yaşatdığı üçün təşəkkür edirik. Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm. Sevincimin həddi-hüdudu yoxdur. Mən şəhid bacısıyam. Torpağıma gedən kimi ilk şəhid qardaşımın qəbrini ziyarət edəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin", - deyə o bildirib.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti