...

Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Cəmiyyət Materials 18 Aprel 2024 13:14 (UTC +04:00)
Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

"Respublika üzrə aprel ayının pensiylarının ödənişi davam etdirilir. Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.

Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq", - o qeyd edib.


Xəbər lenti

Xəbər lenti