...

Azərbaycan Şuşanın bərpasında xarici tərəfdaşların fəal iştirakına ümid edir - Aydın Kərimov

Cəmiyyət Materials 28 İyun 2024 10:24 (UTC +04:00)
Azərbaycan Şuşanın bərpasında xarici tərəfdaşların fəal iştirakına ümid edir - Aydın Kərimov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan Şuşa şəhərinin bərpasında xarici tərəfdaşların fəal iştirakına ümid edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

O, Şuşada şəhər infrastrukturunun dirçəldilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində aktiv şəkildə işlərin görüldüyünü vurğulayıb.

"Şuşa şəhərinin bərpası üzrə işlər sürətlə davam etdirilir. Bu tarixi əhəmiyyətə malik şəhərdə vətəndaşlarımız üçün rahat şəraitin yaradılması və sahibkarlığın inkişafı üçün bütün səyləri göstəririk", - deyə A.Kərimov qeyd edib.

O bildirib ki, bərpa işlərinə təkcə binaların və küçələrin yenidən qurulması deyil, həm də yeni iş yerlərinin açılması, investorların cəlb edilməsi və turizm infrastrukturunun inkişafı daxildir.

Onun sözlərinə görə, hökumət Şuşanın biznes və turizm üçün cəlbedici məkana çevrilməsi istiqamətində fəal iş aparır.

A.Kərimov, həmçinin, şəhərin bərpa prosesində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

"Xarici tərəfdaşlarla əməkdaşlığa açığıq və onların Şuşa şəhərinin bərpasında və inkişafında fəal iştirakına ümid edirik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti