Bakı. Trend:
Payız fəsli artıq özünü göstərməkdədir. Havanın hərarəti düşür, tez-tez yağış yağır, sərt küləklər əsir. Havanın tez-tez dəyişməsi, insanların düzgün geyim seçə bilməməsi və bu səbəbdən soyuqlaması bəzi respirator xəstəliklərin baş qaldırmasına səbəb olur. Payız mövsümündə insanların ən çox qarşılaşdıqları xəstəlik boğaz ağrılarıdır.
Payızın gəlişi ilə havanın hərarətinin kəskin qalxıb-düşməsi qrip və angina kimi xəstəliklərin yaranmasına şərait yaradır. Bu mövsümdə ən çox yayılan aktual problem boğaz ağrılarıdır. Boğaz ağrısı boğaz nahiyəsində yaranan, udqunma zamanı artan, quruluq və qıcıqlanma hissiyyatı ilə müşayiət olunan bir haldır.
Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrıının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patoloji törədici, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktiv həyat fəaliyyətinə başlayır. Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək görünüşü patogen flora tərəfindən böyümə və çoxalma zamanı əmələ gələn toksinlərin toplanmasını göstərir. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.
Boğaz ağrısının müalicəsi. Boğaz
ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya
antibakterial dərmanlar təyin olunur. Refluks və vegetativ
funksiyanın pozulması sindromu zamanı yayındırıcı terapiya kimi
sorma pastillərdən istifadə olunur. Angina zamanı isə düzgün
antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni
zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən
istifadə etmək vacibdir. Stomatitlərin müalicəsi zamanı etiotrop
dərmanlara əlavə olaraq, ağız boşluğunun müntəzəm qarqara etmək
üçün preparatlar təyin olunur. Faringit, tonzillit, herpetik boğaz
ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi
virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə
aparmaq uğurlu nəticə verir.
Boğaz üçün sorma həblərdən istifadə etdikdə, udarkən narahatlığı
tez bir zamanda aradan qaldırmağa, toxumaların şişkinliyini və
qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların
konsentrasiyasını azaltmağa kömək edir. Bir çox dərmanın tərkibi
antiseptik və yerli anestetik olduğu üçün daha tez terapevtik təsir
müşahidə olunur.
Boğaz ağrılarını isə ev şəraitində boğaz ağrısı üçün olan sorma pastillərdən istifadə etməklə sağalmaq olar. Agisept yerli istifadə üçün antiseptik preparatdır.
Tərkibinə daxil olan komponentlər anında hərəkət edərək ağrıları aradan qaldırır və boğazdakı infeksiya ilə mübarizə aparır. Boğaz ağrısını sakitləşdirir.
Agisept sorma pastili 3 xüsusiyyətə malikdir:
İltihabəleyhinə, ağrıkəsici və öskürək
əleyhinə.
Agisept sorma pastili boğaz ağrısını sakitləşdirir, yumşaldıcı və
antiseptik təsir göstərir. Boğazda bütün xoşagəlməz simptomları
yüngülləşdirir.
Əgər sizdə də boğazda xoşagəlməz hisslər olarsa - ağrı, yanma,
qaşınma, öskürək - dərhal Agisept sorma pastilini qəbul etməyə
başlayın.
İki fərqli buraxılış forması var:
Agisept bal və limon
Agisept mentol-evkalipt
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün uyğundur.