...

Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan ölkəmizə ekstradisiyası təmin olunub

Cəmiyyət Materials 24 Aprel 2025 14:57 (UTC +04:00)
Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan ölkəmizə ekstradisiyası təmin olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Vəliyev Hikmət Xanlar oğlunun Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti