Bakı. Trend:
Toy karvanında xuliqanlıq edən sürücü tutulub.
Trend xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsilə toy karvanında digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan rayon sakini S.Abdullayev saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə S.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.