...

Torpaqların şoranlaşmasının monitorinqi layihəsi üzrə “Uzbekkosmos” və “Azərkosmos” agentlikləri arasında fəal iş aparılır

İqtisadiyyat Materials 24 Aprel 2025 14:33 (UTC +04:00)
Torpaqların şoranlaşmasının monitorinqi layihəsi üzrə “Uzbekkosmos” və “Azərkosmos” agentlikləri arasında fəal iş aparılır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Torpaqların şoranlaşmasının monitorinqi layihəsi üzrə “Uzbekkosmos” və “Azərkosmos” agentlikləri arasında fəal iş aparılmaqdadır.

Trend xəbər verir ki, bunu “UzSpace” agentliyinin direktor müavini Muhiddin İbrahimov Bakıda keçirilən Kosmik Texnologiyalar üzrə Konfransda (Space Technology Conference, STC2025) etdiyi çıxış zamanı bildirib.

“Ötən il biz “Azərkosmosla” Özbəkistan ərazisində torpaqların şoranlaşmasının monitorinqi üzrə pilot layihənin işə salınması haqda saziş bağlamışıq. Hal-hazırda bu istiqamətdə bizim geoinformasiya sistemləri üzrə iki mərkəzimiz aktiv iş aparır. Bu ölkələrimiz arasında olan ilk birgə layihələrdən sayılır və biz onu son dərəcə vacib sayırıq. Miqyasının kiçik olmasına rəğmən, o ekoloji təhlükəsizlik və regional əməkdaşlıqla bağlı mühüm sualları ortaya çıxarır”, - deyə o qeyd edib.

Azərbaycanla əməkdaşlıq perspektivlərindən danışan “Özbəkkosmos”un nümayəndəsi Türk Dövlətləri Təşkilatının xüsusi rolunu vurğulayıb.

“Əsas prioritet istiqamətlərdən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə kub peykinin yaradılması layihəsində iştirakdır. Eyni zamanda normativ bazanın yaradılması və beynəlxalq əməkdaşlıq sahəsində də fəal iş aparılır. Ölkələrimiz tez-tez məsləhətləşmələr aparır, mövqelərimiz və maraqlarımız bir-birinə yaxındır”, – deyə o qeyd edib.

Bundan başqa, M.İbrahimov Özbəkistanın öz elmi peykini orbitə çıxarmağa hazırlaşdığını bildirib.

“Biz elmi peykin 2027-ci ilə qədər orbitə çıxarılmasını planlaşdırırıq. Hazırda Yaponiya “Qtech” institutuyla əməkdaşlıq edirik: tələbələrimiz orada magistr təhsili alırlar və proqramın yekununda onlar tərəfindən yığılmış peyk orbitə çıxarılacaq”, – deyə o əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti