...

İnzibati həbs olunmuşlar üçün nəzərdə tutulmuş yeni binanın təmir-tikintisi üçün 200 min ABŞ dolları tələb olunur

Cəmiyyət Materials 18 May 2006 14:05 (UTC +04:00)

İnzibati həbs olunmuşlar üçün nəzərdə tutulmuş yeni binanın təmir-tikintisini başa vurmaq üçün 200 min ABŞ dolları məbləğində vəsait tələb olunur. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəis müavini Rahib Məmmədov məlumat verib.

R.Məmmədov bildirib ki, əgər bu vəsait ayrılarsa, inzibati həbs olunmuşların saxlanması üçün beynəlxalq standartlara uyğun inşa edilmiş ikimərtəbəli bina yaxın vaxtlarda istifadəyə verilə bilər.

"Binanın tikintisi üçün əvvəldən nəzərdə tutulmuş maddi vəsait tikinti-təmir işlərinin başa çatdırılması üçün azlıq edib. Binanın tavan və suvaq işləri görülüb, ətrafına hasar çəkilib. Lakin həyətində yaşıllaşdırma işləri, binanın kommunal şəraitinin qurulmasına, kosmetik təmir və s. problemlər hələ də öz həllini tapmayıb" - deyə R.Məmmədov qeyd edib.

Rəis bu məsələnin yaxın vaxtlarda həllini tapacağına ümid etdiyini də gizlətməyib: "Bu yaxınlarda daxili işlər naziri cənab Usubov Miqrasiya Xidmətinin yeni inşa edilmiş binasının açılışında iştirak etdi. İnşaallah, ümid edirik ki, yaxın vaxtlarda inzibati həbs olunanların saxlanması üçün nəzərdə tutulmuş yeni binanın açılışını da edərik" - deyə R.Məmmədov söyləyib.

Qeyd edək ki, inzibati sazlanılanlar üçün yeni inşa edilən bina müvəqqəti saxlanılanların təcridxanası ilə eyni həyətdə yerləşir.

Xəbər lenti

Xəbər lenti