...

Rəfael Hüseynov: "O`Haranın regiona səfərinin təxirə salınması səbəbləri AŞPA-nın yay sessiyasında aydınlaşacaq"

Cəmiyyət Materials 8 İyun 2006 15:26 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Böyük Britaniyadan olan deputatı, Cənubi Qafqaz üzrə mədəni irsin araşdırılması missiyasının rəhbəri Edvard O`Haranın bölgəyə səfərinin təxirə salınması qurumun yay sessiyasında aydınlaşacaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Qeyəd edək ki, AŞPA-nın elm və təhsil komitəsinin mayın 17-18-də keçirilən iclasında Edvard O`Haranın regiona səfəri mayın 28-də müəyyənləşdirilmişdi. E.O`Haranın mayın 28-ə planlaşdırılan səfər proqramında o, əvvəlcə Azərbaycana gələcək, burada tədqiqat aparacaq, daha sonra Naxçıvana oradan Gürcüstana və Ermənistana səfər edəcəkdi.

Millət vəkili qeyd edib ki, Edvard O`Haranın bölgəyə səfərinin təxirə salınmasının səbəbləri tərflərə hələ aydın deyil: "AŞPA-nın iyun sessiyasında bu məsələyə aydınlıq gətiriləcək. Ancaq o demək deyil ki, Edvard O`Hara ümumiyyətlə bölgəyə səfər etməyəcək. Onun səfəri gündəmdədir".

Xəbər lenti

Xəbər lenti