...

UEFA Kubokuna başlamazdan əvvəl "Qarabağ" zədə epidemiyası ilə qarşılaşıb

Cəmiyyət Materials 6 İyul 2006 16:05 (UTC +04:00)

"Qarabağ" UEFA Kubokunun ilk raundunda Kişinyovun "Zimbru" komandası ilə oyuna gedişi ərəfəsində əsl zədə epidemiyası ilə qarşılaşıb.

Trend in verdiyi xəbərə görə, Türkiyədəki təlim-məşq hazırlıqları zamanı Ağdam klubunun bir sıra oyunçuları ciddi zədə alıblar. Artıq məlumdur ki, məşq zamanı dizindən zədə alan Qoqa Beraya moldovanlarla oynaya bilməyəcək. Yaxın gələcəkdə oyunçu əməliyyat olunacaq, ona görə də onun meydana qayıtma müddətindən danışmaq hələ tezdir.

Həmçinin sınaq görüşlərindən birində yarımmüdafiəçilər Mübariz Orucov və Vasif Haqverdiyev də zədə alıblar. Dizi ilə problemləri olan kollektivin aparıcı forvardı Samir Musayev də sağlam deyil. Və oyunçuların iyulun 13-də Kişinyovda keçiriləcək oyunda iştirak edib etməyəcəkləri hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti