...

Azərbaycan turizm operatorları Qara dənizin acar sahillərini kütləvi surətdə mənimsəməyə hazırlaşırlar

Cəmiyyət Materials 22 İyul 2006 13:17 (UTC +04:00)

Azərbaycan turizm operatorları Qara dənizin acar sahillərini kütləvi surətdə mənimsəməyə hazırlaşırlar. Acariya Muxtar Respublikasından Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, Azərbaycan turizm operatorlarının nümayəndə heyəti Batumiyə gəlib.

Üç gün ərzində Miracle Travel turizm agentliyinin nümayəndəsi Tatyana Antropovanın rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Acarıstanın mənzərəli yerləri ilə tanış olub.

Acariya hökümətində qeyd ediblər ki, Batumi və Bakı arasındakı əlaqələr indiki mer və Batumi turizm agentlikləri nümayəndələrinin Azərbaycanın Turizm və İdman Nazirliyi tərəfindən təşkil edilmiş sərginin işində iştirakından sonra güclənib.

Azərbaycan nümayəndə heyəti ümidlə bildirib ki, Batumi aeroportunun yenidənqurulması başa çatdıqdan və Batumidən Bakıya birbaşa reyslərin açılmasından sonra Acarıstana və Gürcüstanın digər yerlərinə gələn azərbaycanlı turistlərin sayı kəskin surətdə artacaq.

Xəbər lenti

Xəbər lenti