Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa ölkələri idman nazirlərinin oktyabrın 19-21-də keçiriləcək XVII sessiyasında iştirak etmək üçün Moskvaya səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Hazırkı sessiya antidopinq məsələsinə həsr olunub. Avropa ölkələrinin idman nazirləri təhlükəsiz və düzgün idman oyunlarının təşkili ilə bağlı məsələləri müzakirə edəcək. Nazirlikdən bildirilib ki, A.Rəhimov sessiya çərçivəsində həmkarları ilə bir smıra görüşlər keçirməyi, əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.