...

Bəxtiyar Əliyev: 2007-ci ildə Azərbaycan prezidenti korrupsiya ilə yeni mübarizə strategiyasını təsdiq edəcək

Cəmiyyət Materials 29 Noyabr 2006 13:48 (UTC +04:00)

2004-cü ildə başlamış korrupsiya ilə mübarizə üzrə dövlət proqramı 2006-cı ildə başa çatır. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 29-da Korrupsiya ilə Mübarizə üzrə Komissiyanın üzvü, deputat Bəxtiyar Əliyev məlumat verib.

O qeyd edib ki, bu dövr ərzində görülmüş işlər təhlil edilir və hansı sahələrdə prioritet tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunacaq. Buna uyğun olaraq, 2007-ci ildə korrupsiya ilə mübarizə üzrə yeni strategiya hazırlanacaq və dövlət başçısı tərəfindən təsdiqlənəcək.

B.Əliyev hesab edir ki, yeni strategiya keyfiyyətinə görə əvvəlkindən fərqlənəcək. "Ölkədə bu sahədə artıq müəyyən işlər görülüb, hüquqi baza möhkəmləndirilib, beynəlxalq konvensiyalar ratiftikasiya və milli qanunvericiliyə ciddi dəyişikliklər edilib", - deyə komissiyanın nümayəndəsi qeyd edib.

O əlavə edib ki, komissiyanın nəzdində işçi qrupları yaradılıb. Bu qruplar "Maraqların toqquşması haqqında" və "Dövlət məmurlarının etik normalar Məcəlləsi haqqında" iki qanun layihəsi hazırlayıb. B.Əliyev bildirib ki, yaxın vaxtlarda bu qanun layihələrinə beynəlxalq ekspertlər tərəfindən rəy veriləcək və ölkə parlamentində müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti